Milyonların arzusu: "Youtube"u reklamsız izləməyin YENİ ÜSULU
13 iyun 2020 19:54 (UTC +04:00)

Milyonların arzusu: "Youtube"u reklamsız izləməyin YENİ ÜSULU

"Youtube"da video izləyən zaman qıcıqlandırıcı reklamlardan yaxa qurtarmaq məqsədilə istifadəçilər çox zaman brauzerlər üçün nəzərdə tutulmuş xüsus əlavələrdən istifadə edirlər. Lakin Reddit istifadəçilərindən biri Youtube reklamlarından çox sadə üsul ilə yaxa qurtarmağın yolunu tapıb.

Lent.az "technote"a istinadən xəbər verir ki, bunun üçün brauzerə heç bir əlavə yükləməyə ehtiyac yoxdur. 

Reddit-in u/unicorn4sale ləqəbli istifadəçisi Youtube-dakı hər bir videonun URL ünvanında “.com”-dan sonra adi nöqtənin qeyd olunmasını məsləhət görür. Məlum olub ki, URL ünvanda edilmiş bu kiçik dəyişiklik səhifəni elə “sındırır” ki, bir çox reklam elanları yüklənə bilmirlər. Maraqlısı ondadır ki, bu üsul "Youtube" servisinin həm veb versiyasında həm də mobil versiyasında çalışır. Mobil versiya dedikdə smartfonda brauzer vasitəsilə işə salınan "Youtube" nəzərdə tutulur. 

# 6715
avatar

Oxşar yazılar