1897
16:01
12 İyun 2020

Bakıda bu müəllimlərlə müddətli müqavilə bağlanıb - SƏBƏB

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2019-2020-ci dərs ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə 1442 vakansiya təqdim olunub.

İdarədən Lent.az -a verilən məlumata görə, eyni zamanda 2019-2020-ci tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1273 nəfər namizəd müddətli müqavilə ilə müxtəlif fənlər üzrə müəllim vəzifəsində işlə təmin olunub.

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 1004 nəfərlə isə dərs ilinin sonunadək müddətli müqavilə bağlanılıb.