"Azərişıq" 10 rayona yeni rəis təyin etdi
12 iyun 2020 09:45 (UTC +04:00)

"Azərişıq" 10 rayona yeni rəis təyin etdi

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətində kadr islahatları keçirilib.

Qurumdan Lent.az-a verilən xəbərə görə, göstərilən xidmətin səviyyəsini daha da yüksəltmək, aparılan yenidənqurma işlərini sürətləndirmək üçün müasir və innovativ düşüncəli, yeni texnologiyaları mənimsəmiş Ağıllı Şəbəkələrin elektron idarəetmə tələblərinə cavab verən peşəkar gənc kadrlar region və rayon elektrik şəbəkələrinə rəis təyin ediliblər.

Qərb və Şimal-Qərb Regional Enerji Təhcizatı və Satışı idarələrinə (RETSİ), həmçinin Quba, Şamaxı, Qax, Oğuz, Baləkən, Şəki, Ucar, Ağcəbədi ilə yanaşı paytaxt Bakının Səbail və Nərimanov rayon elektrik şəbəkələrinə yeni rəislər təyin edilib.

# 14380
avatar

Oxşar yazılar