16:50
09 İyun 2020

Gizlin ailə quran "Banu" Günel: "Küsülüyük, qayıdacağım günü gözləyir"

“Space” telekanalında “Banu” verilişinin aparıcısı Günel Həsənzadə sosial şəbəkədə status yazıb.

Lent.az -ın məlumatına görə, bir müddət öncə gizlin ailə quran aparıcının paylaşımı maraqla qarşılanıb:

“Yaxşı ki, arzularımın hamısı həyata keçmir. Yaxşı ki, bəzilərinə həsrət və tamarzıyam. Düzdür, arada bunun üstə Allaha üsyan edirəm. Amma yaradan yaratdığını yaxşı tanıyır və sevir. Bu aralar onunla küsülü olsaq da. Bəlkə də o küsməyib. Küsən mənəm.

Mən küsmüşəm və o, ona dönəcəyim günü gözləyir. Dönəcəyim günün vaxtını da gözəl bilir yaradan. Yaratdıqlarını da tanıyır yaradan. Bəli, gözəl tanıyır. O ki qaldı insana... İnsan nə zaman bitir? O zaman ki, istədiyi hər şeyə çatır. Nə zaman həyat adiləşir? O zaman ki, bütün arzularına çatır və arzulamağa heç nəyi qalmır insanın. Heç arzulamaq istəyi də qalmır. Həyata keçən bütün istəklər insanı bitirir. Həyata keçməyən arzularımın peşindən qaçıram. Bəli, arzularımın çoxuna tamarzıyam. Amma bu mənim həyatıma rəng qatır və mənə güc, stimul verir. Mən arzulamaqdan və arzularımın ardınca qaçmaqdan doymuram, arada yorulsam da... Yaxşı ki, özümüzü ovutmağa təsəllimiz var”.

Qeyd edək ki, G.Həsənzadə gizli şəkildə türkiyəli iş adamı ilə ailə qurub. O, bu xəbəri xeyli vaxt mətbuatdan gizli saxlaya bilib.

Dİgər xəbərlər