Roza Zərgərli Azərbaycanın ilk onlayn səs yarışmasında münsif olacaq
07 iyun 2020 12:21 (UTC +04:00)

Roza Zərgərli Azərbaycanın ilk onlayn səs yarışmasında münsif olacaq

Azərbaycanın ilk onlayn səs yarışması olan “Cover Man” -ın birinci mərhələsi davam edir.

Bu gündən etibarən 10 gün boyunca hər gün CoverMan-nın YouTube səhifəsində yerləşdirilən iştirakçıların videolarından ən az bəyənmə sayı olan iştirakçı yarışmanı tərk edəcək .

Yarışma iştirakçılarının seçimində izləyicilər qədər münsiflərin də böyük rolu olacaq.

Yarışmanın münsifləri Nadir Qafarzadə, Elza Seyidcahan, Qasim Xəlilov, Yaqut Paşazadə, "RS qardaşları" qrupudur. İştirakçılar: Araz Əsədli, Ayxan Bünyadzadə, Gülzar Feliz, Murad Azərli, Rafael Məmmədov, Aslan Nuri, Kamran Əliyev, Leyla Məmmədova, Müşviq Kazımzadə, Rəşid Əliyev, Əsgər Hacızadə, Fərid Ali, Joseph Abbas, Rəvan Cəfərli, Seymur Əliyev, Ema Atapoor, İdris Nurizadə, Kadir Özel, Murad İlyas. Rəşid Mikayılov.

Lent.az xəbər verir ki, münsiflər heyətində yenilik olub. Belə ki, yarışmada müğənni Roza Zərgərlini də görə biləcəyik.

 Qeyd edək ki, öz səsinə güvənən və istedadını geniş kütləyə çatdırmaq istəyən 18 yaşından yuxarı şəxslərin iştirak etdiyi layihənin məqsədi istedadı olan amma geniş kütle qarşına çıxmağa imkanları olmayan gənclərə dəstək olmaqdır. Yarışmanın seçim turu başladıqdan sonra, 200-ə yaxın iştirakçı qoşulub.

Müsabiqənin qalibi klip və mahnı ilə mükafatlanacaq.

Onu da qeyd edək ki, Lent.az yarışmanın informasiya dəstəkçisidir.

# 8503
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar