5926
00:09
07 İyun 2020

Hacıqabulda üzərinə şkaf aşan 2 yaşlı uşaq ölüb - YENİLƏNİB

Hacıqabulda üzərinə şkaf aşan 2 yaşlı uşaq dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq, körpəni həyata qaytarmaq mümkün olmayıb.

***

6 iyun, saat 23:18

Hacıqabul şhərində bədbəxt hadisə baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, valideyin nəzarətindən yayınan 2018-ci il təvəllüdlü Həsənov Uğur Ağasif oğlunun üzərinə şkaf aşıb.

Nəticədə uşaq ağır kəllə-beyin travması alaraq Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Komatoz halında olan uşağın vəziyyəti ağır qiymətləndirlilir.