Ərinin boğazını kəsən qadın MƏHKƏMƏ QARŞISINDA
06 iyun 2020 09:42 (UTC +04:00)

Ərinin boğazını kəsən qadın MƏHKƏMƏ QARŞISINDA


Bakı Ağır Ciinayətlər Məhkəməsində ərinin boğazını kəsərək qətlə yetirməkdə təqsirləndirilən Şəhanə Faxrətovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 10-a təyin edilib. 

Qeyd edək ki, hadisə ötən il Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. 1986-ci il təvəllüdlü Ruslan Fəxrətovun boğazını bıçaqla kəsərək intihar etməsi və qanaxmadan dünyasını dəyişməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

 

# 5416
avatar

Oxşar yazılar