Koronavirusa qarşı amansız "AVİFAVİR" - pulsuz paylanacaq
06 iyun 2020 03:20 (UTC +04:00)

Koronavirusa qarşı amansız "AVİFAVİR" - pulsuz paylanacaq

Rusiya mütəxəssisləri tərəfindən koronavirus əleyhinə istehsal olunan “Avifavir” preparatı icbari tibbi sığortası olan xəstələrə pulsuz paylanacaq.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev bildirib.

K.Dmitrievin sözlərinə görə, “sehirli dərman” iyunun 11-dən sözügedən xəstələrə təmənnasız veriləcək.

Dərmanın klinik sınaqları onun "dünyada ən perspektivli həb" olduğunu təsdiqləyib.

Qeyd edək ki, “Avifavir” dünyada koronavirusa qarşı qeydə alınan iki dərmandan biridir. Onun ən müsbət xüsusiyyətlərindən biri dünyanı cənginə almış koronavirusun çoxalma mexanizmlərini bloklamasıdır.

# 80158
avatar

Rəşad Sarıyev

Oxşar yazılar