Qadağalar yalnız bu şərtlə götürülə bilər - Ramin Bayramlı
03 iyun 2020 19:45 (UTC +04:00)

Qadağalar yalnız bu şərtlə götürülə bilər - Ramin Bayramlı

“Baş Nazir sabah çıxış edəcək. Tibbi bölmənin təklifi ilə hansı məhdudiyyətlərin tətbiq olunacağı qərarlarda əksini tapacaq”.

 APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı isə deyib ki, insanlar maskadan istifadə etsələr, sosal məsafəni qorusalar, xəstələrin sayı azalsa, yenidən yumşalmaya gedilə, həftə sonu qadağalar götürülə bilər: “Biz ona görə bu gün insanlarımıza müraciət edirik.

Hamımızın arzusudur ki, vətəndaşlar metodik göstərişlərdəki qaydalara əməl etsinlər, biz yavaş-yavaş normal həyata dönək"

# 7135
avatar

Oxşar yazılar