Teledərslər bu tarixdə başa çatacaq
03 iyun 2020 11:47 (UTC +04:00)

Teledərslər bu tarixdə başa çatacaq

Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı" proqramının başa çatacağı tarix açıqlanıb.

Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, ümumtəhsil məktəbləri üçün teledərslər 12 iyun tarixində başa çatacaq.

Eyni zamanda qeyd edilib ki, yay tətilində “Virtual məktəb”də dərslər olmayacaq. Lakin müxtəlif öyrədici materialların portala yüklənməsi davam etdiriləcək.

Qeyd edək ki, yay tətilinin vaxtında dəyişiklik olunması nəzərdə tutulmur.

# 3556
avatar

Oxşar yazılar