Yer kürəsinə potensial təhlükə: iyunun 6-da...
02 iyun 2020 11:40 (UTC +04:00)

Yer kürəsinə potensial təhlükə: iyunun 6-da...


İyunun 6-da Yer kürəsinə potensial təhlükəli asteroid yaxınlaşacaq.

APA-nın xəbərinə görə, bu barədə NASA məlumat yayıb.

Məlumata görə, 163348 (2002 NN4) asteroidinin diametri 250-570 metr arasındadır və 11,1 km/s sürətlə Yerdən 5,1 milyon km məsafədə keçəcək.

NASA mütəxəssislərinin fikrinə əsasən, bu cür göy cisimləri potensial təhlükəli olaraq təsnif edilir. 

Mütəxəssislər hazırda Yer kürəsinə yaxın 7 milyon km radiusda diametri 140 metrdən çox olan 8000-ə qədər asteroid aşkar ediblər.

# 10615
avatar

Oxşar yazılar