Tramp Putinə zəng etdi, bəzi məsələlər müzakirə olundu
01 iyun 2020 20:59 (UTC +04:00)

Tramp Putinə zəng etdi, bəzi məsələlər müzakirə olundu

 

Rusiya Prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp arasında telefon danışığı olub. İki dövlət başçısı danışıq zamanı koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini müzakirə ediblər. 

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Kremlin məlumatında bildirilib. Məlumata görə, telefon bağlantısı amerikalı liderin təşəbbüsü ilə baş tutub.

Qeyd edilir ki, Putin Trampla söhbətində strateji sabitlik sahəsində dialoqun genişləndirilməsinin vacibliyini vurğulayıb əlavə edib ki, OPEK+ sazişi neftə tələbatın tədricən bərpa olunmasına və qiymətlərin sabitləşməsinə səbəb olur.

D.Tramp isə öz növbəsində V.Putinə “G7” sammitini Rusiya, Avstraliya, Hindistan və Koreya Respublikası rəhbərlərinin iştirakı əsasında keçirmək fikrində olmasından damışıb. Liderlər kosmik sahədə əməkdaşlığı inkişaf etdirmək üçün qarşılıqlı mövqedən çıxış etdiklərini bir daha nümayiş etdiriblər.

# 2650
avatar

Oxşar yazılar