1621
12:47
01 İyun 2020

İlham Əliyevin növbəti videokonfransı

İyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

APA xəbər verir ki, videokonfransda Azərbaycan tərəfdən maliyyə naziri Samir Şərifov iştirak edib.