10:24
01 İyun 2020

Yol polisinin “Ekologiya postu" sökülür

Bakı-Sumqayıt yolu üzərində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin “Ekologiya postu"nun söküntüsünə başlanılıb.

Bunu APA -ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev təsdiqləyib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə APA -ya açıqlamasında deyib ki, artıq həmin ərazidən bir az geridə post üçün yeni bina inşa edilib.

Dİgər xəbərlər