May ayında güclü küləkli günlərin sayı AÇIQLANDI
31 may 2020 17:15 (UTC +04:00)

May ayında güclü küləkli günlərin sayı AÇIQLANDI

"Bu ilin may ayı küləkli günlərlə zəngin olub. Ayın 31-də də yaz  bizimlə  küləkli hava ilə vidalaşdı. Ay ərzində güclü küləkli (15 m/s-dən artıq) günlərin sayı 16-ya çatdı. Bunlardan 25 m/s-dən çox olan günlərin sayı 4 gün oldu, 2 gün ərzində küləyin sürəti 35 m/s,1 gün ərzində isə 38 m/s-dək şiddətləndi".

APA-nın xəbərinə görə, bunu jurnalistlərə ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin  rəisi Umayra Tağıyeva bildirib.

“Ayın  ən isti günü 32 dərəcə ilə  mayın 23-ü, ən soyuq günü isə 14.3 dərəcə ilə  mayın 10-u oldu.  Orta aylıq temperatur 20 dərəcəyə yaxın olub, bu da iqlim normasından 1.5 dərəcə yüksəkdir. Nisbətən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması ay ərzində  9 dəfə baş verib.  

# 3217
avatar

Oxşar yazılar