Eldar Mahmudovun yüz milyonluq sərvəti - Araşdırma başlandı
31 may 2020 17:15 (UTC +04:00)

Eldar Mahmudovun yüz milyonluq sərvəti - Araşdırma başlandı

Araşdırma nəticəsində Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun övladları tərəfindən bir sıra lüks mülklərin, o cümlədən Harrods yaxınlığında 17 milyon funt sterlinqlik bir evin alındığı məlum olub.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 2019-cu ilin noyabrında Kayman Milli Bankı ("Man Isle of Man") Ltd-dən (CNBIOM) ələ keçirilən və sonradan onlayn olaraq yayımlanan müştəri sənədlərinə görə sabiq nazir Eldar Mahmudovun ailəsinin təxminən 100 milyon avroya yaxın iş və əmlak imperatorluğu qurduğu məlum olub.

Aktivlərin demək olar ki, hamısı Eldar Mahmudovun 36 yaşlı oğlu Anar və 31 yaşlı qızı Nərgiz Mahmudova ilə əlaqəli şirkətlər vasitəsilə əldə edilib.

Sənədlərdən aydın olur ki, 2016-cı ilin iyun ayında CNBIOM-un hüquqi məsələlər üzrə meneceri Mahmudovun şirkətləri olan "Britannia Group Ltd"yə bağlı "əlaqəli qurumlar" şəbəkəsi haqqında daxili sənəd hazırlayıb.

Menecer qeyd edib ki, bu şirkətlə münasibətlərə və bu şirkətin köçürmələrinə şübhə ilə yanaşır.

2016-cı ilin iyul ayında isə bank öz daxilində olan Maliyyə Kəşfiyyat Birliyinə açıqlama verib.

2014-cü ilin oktyabrından 2015-ci ilin iyulunadək Kayman adalarında yerləşən bank Anar Mahmudovun "Britannia Group Ltd”nin hesablarına təxminən 14 milyon funt sterlinq dəyərində əmanətlər köçürüb.

Araşdırmadan məlum olub ki, Mahmudovlar Poole və Bornmutda 13.5 milyon funt sterlinq dəyərində 2 ofisə sahibdirlər.

Həmçinin Anar Mahmudovun mərkəzi Londonun Naytsbricdəki Pont küçəsində 17.35 milyon funt sterlinqə satılan dördmərtəbəli əmlakı alıb.

Araşdırmada qeyd olunub ki, daha öncə də Anar Mahmudovun qayınanası Zamira Hacıyevanın Harrodsda 16 milyon funt sterlinqdən çox pul xərclədiyi məlum olub. Zamirə Hacıyevanın əri, Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev mənimsəmə ittihamı ilə 2015-ci ildə saxlanılıb və sonradan həbs edilib.

Eldar Mahmudov vəzifəsindən azad olunduqdan sonra CNBIOM Mahmudovla bağlı hesabları bağlayıb. 

"İndi tam şəffaflığın olması vacibdir və bu investisiyalar üçün  mənbəyi araşdırılır" "Transparency International" fondunun beynəlxalq siyasət idarəsinin direktoru Dunkan Hame deyib.

Anar və Nərgiz Mahmudovların vəkilləri bildiriblər ki, bacı-qardaşın sahib olduğu sərvət onların ulu babaları 19-cu əsrdə sərvətə sahib olan Aslan Aşurovdan ötürülüb. Vəkillər əlavə edib ki  qardaş-bacının sahib olduğu bu varlıq düzgün bir şəkildə hesablanıb,  qeydə alınıb və Anar Mahmudov öz biznesində uğurlu bir iş adamıdır.

Sızdırılmış sənədlərə əlavə olunan məktubda isə qeyd olunur ki, Anar Mahmudovun sərvəti onun xalası, Bakıda neft və tikinti firması quran Elmira Mahmudovadan keçib. İstintaq müəyyən edib ki, Mahmudovlar Malyorka (İspaniya), Lüksemburq və Litvada mülklərə və şirkətlərə sahibdir.

Araşdırma "Organized Crime and Corruption Reporting Project", "Finance Uncovered" və "Transparency International"ın müxbirləri tərəfindən aparılıb.

# 18205
avatar

Oxşar yazılar