4327
19:56
31 May 2020

Boks dünyasının gözü 12 yaşlı "Çəhrayı Pantera"da - VİDEO

Dünya boks aləmi 12 yaşlı ukraynalı qızdan danışır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, gözləri bağlı məşqlər edən Kira Makoqonenko çıxdığı 38 yarışın hamısında qalib olub. Gözləri bağlı məşqlər edən azyaşlının hədəfi dünya çempionu olmaqdır.

Atası Artem Makoqonenko “Çəhrayı Pantera” ləqəbli qızına artıq rəqib tapa bilmədiklərini deyib. O, digər uşaqların boksda bir neçə ildə çıxacağı səviyyəyə qızını bir neçə ayda nail olduğunu da dilə gətirib.