Hər il siqaretdən bu qədər insan ölür - İLK SIRADA...
31 may 2020 15:01 (UTC +04:00)

Hər il siqaretdən bu qədər insan ölür - İLK SIRADA...

Bu gün bütün dünyada “Dünya Tütünsüz Günü” qeyd olunur.

Bir çox xəstəliklərin mənbəyi olan siqareti tərgitməyin insan orqanizmi üçün nə kimi faydaları var?

Lent.az dünya mətbuatına istinadən xəbər verir ki, tütün məhsulları hər il 8 milyon insanın ölümünə səbəb olur. Qlobal tütün epidemiyası, qarşısı alına bilən xəstəliklər və ölüm səbəbləri arasında ilk sırada yer alır.

Hər il dünyada 7-8 milyon insanın ölümünə səbəb olan siqaret tüstüsündə 5 mindən çox kimyəvi maddə var. Bunlardan 70-dən çoxu xərçəng yaradan maddələr kimi qeydə alınıb.

Türkiyənin Səhiyyə Nazirliyinin açıqlamalarına görə, siqaret tüstüsü həm istiliyi, həm də içində olan çox sayda kimyəvi maddə səbəbindən tənəffüs yollarında və ağciyərlərdə müxtəlif xəstəliklər yaradır. Onların arasında ağciyər xərçəngi, xroniki bronxit, astma, müxtəlif infeksiyalar, allergik xəstəliklər var. Aparılan araşdırmalar bu xəstəliklərin siqaret çəkən insanlarda daha çox görüldüyünü ortaya qoyur.

Tədqiqatlara görə hər il dünyada 1,8 milyon insana ağciyər xərçəngi diaqnozu qoyulur. Demək olar ki, eyni sayda insan da bu xəstəlikdən dünyasını dəyişir.

Passiv siqret çəkənlər, yəni özləri itsifdaə etməsə də, tüstüsünə məruz qalanlar da təhlükə altında sayılır.

Dünya Səhiyyə Təşkilatının “Tütün ürəkləri qırar. Siqareti deyil, sağlamlığı seç” başlıqlı hesabatına görə, siqareti buraxdıqdan, sadəcə 20 dəqiqə sonra ürəyin döyünmə tezliyi və qan təzyiqində normallaşma olur.  

12 saat içində karbonmonoksit səviyyəsi normallaşır və bir neçə həftə sonra ağciyərin funksiyası artır, dövriyyə yaxşılaşır.

Hətta ən təhlükəli ürək xətəlikləri, ağciyər xərçəngi belə 10-15 il içində sağalar və ya daha az təhlükə yaradr.

Aparılan araşdırmalar göstəriri ki, siqaret çəkənlərdə günümüzün bəlası olan koronavirusa yoluxma riski də daha çoxdur.

Qeyd edək ki, 2017-ci il dekabrın 1-də Azərbaycanda  “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edilib.

# 2938
avatar

Aygün İbrahimli

Oxşar yazılar