“Qarabağ”ın oyununun hakimi baxın kimlərlə birgə saxlanılıb
30 may 2020 15:18 (UTC +04:00)

“Qarabağ”ın oyununun hakimi baxın kimlərlə birgə saxlanılıb

Sloveniyalı FİFA hakimi Slvako Vinçiç polis əməliyyatı zamanı saxlanılıb.

Apasport.az saytının məlumatına görə, hadisə Bosniya və Herseqovinadakı əməliyyat zamanı baş verib.

Referi fahişəxanada 9 qadın və 26 kişi ilə birlikdə yaxalanıb. Saxlanılanlar fahişəliklə yanaşı, narkotikdən istifadə, silah saxlamaqda da ittiham olunur. Dindirildikdən sonra Vinçiç buraxılıb. Bosniya polisinin reydi fahişəlik və sutenyorluqda ittiham edilən Tiyana Ayfon ləqəbi ilə tanınan Tiyana Maksimoviçin işi ilə bağlı olub.

Qeyd edək ki, 41 yaşlı Vinçiç cari mövsüm Çempionlar Liqasının qrup mərhələsinin üç matçını idarə edib. O, Avropa Liqasının 2013/14 mövsümündə təsnifat mərhələsində “Makkabi” Hayfa – “Xəzər Lənkəran” (2:0), 2015/16 mövsümündə qrupda “Anderlext” -  “Qarabağ” (2:1), həmçinin Azərbaycan U-19 yığmasının AVRO-2014-də Bosniya və Herseqovina ilə İrlandiyaya qarşı matçlarında fit çalıb – müvafiq olaraq 0:0 və 0:2.

# 6721
avatar

Yalçın UĞUR

Oxşar yazılar