Ən çox qazanan idmançıların SİYAHISI
30 may 2020 09:20 (UTC +04:00)

Ən çox qazanan idmançıların SİYAHISI

Ən çox qazanan idmançıların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Forbes”in tərtib etdiyi siyahının birinci pilləsində İsveçrə tennisçisi Rocer Federer yer alıb.

Tanınmış raketka ustası bir ildə 106,3 milyon dollar əldə edib. Bu məbləğə turnirlərdəki mükafat, reklam müqavilələrindən ödənişlər daxildir.

Əvvəlki illərdə 38 yaşlı isveçrəli 2-ci pillədən yüksəyə qalxa bilmirdi. 13 brendlə müqaviləsi olan Federer bu reklamların hərəsindən 3-30 milyon dollar alır.

Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştianu Ronaldo 105 milyon dollarla ikincidir. Argentina yığması və İspaniya “Barselona”sının oyunçusu Lionel Messi ilk “üçlüy”ü qapayır – 104 milyon.

Ən çox qazanan 10 idmançı sırasında futbolçu Neymar (95,5), basketbolçular Lebron Ceyms (88,2), Stefen Kerri (74,4), Kevin Dyurant (63,9), qolfçu Tayqer Vuds (62,3) amerika futbolunun nümayəndələri Kirk Kazins (60,5), Karson Bens (59,1) də yer alıb.

# 3259
avatar

Oxşar yazılar