Everestin ən yüksək zirvəsi - ÇİN YENİDƏN ÖLÇÜR
27 may 2020 15:19 (UTC +04:00)

Everestin ən yüksək zirvəsi - ÇİN YENİDƏN ÖLÇÜR

Dünyanın ən yüksək zirvəsi olan Everest dağının hündürlüyünü dəqiq ölçmək üçün mayın 7-də yola çıxan Çin kəşfiyyat qrupu zirvəyə çatıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Təbii Sərvətlər Nazirliyindən olan mütəxəssislər və peşəkar alpinistlərdən ibarət olan 30 nəfərlik qrup müasir cihazlar vasitəsilə dağın ən yüksək zirvəsinin hündürlüyünü daha dəqiq ölçməyə çalışacaq. 

Bundan başqa qrup zirvədə təbii ehtiyatların axtarışı ilə bağlı işlər də aparacaq.

Zirvənin hündürlüyü Çin tərəfindən bu günə kimi iki dəfə ölçülüb.

Çin 1975 və 2005-ci illərdə də zirvənin dəqiq hündürlüyünü ölçmək üçün Everestə qrup yollayıb.

Birinci ölçmədə dağın hündürlüyü 8 min 848 metr 13 santımetr, ikincidə isə 8 min 848 mentr 43 santımetrqeydə alınıb.

Qeyd edək ki, Çin koronavirus pandemiyası ilə əlaqədar martın 12-də Everest dağına öz sərhədləri daxilində olan dırmanmaları dayandırdığını açıqlamışdı.

 

 

 

 

 

 

# 3340
avatar

Aygün İbrahimli

Oxşar yazılar