İki rayonda eyni gündə avtomobil yandı
26 may 2020 09:36 (UTC +04:00)

İki rayonda eyni gündə avtomobil yandı


Quba və Xaçmaz rayonlarında avtomobil yanıb.

Bu barədə Lent.az-a FHN-dən bildirilib.

Məlumata görə, Quba rayonunun Məckəxacə kəndində "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Xaçmaz rayonunun Üçgünqışlaq kəndində isə "Toyota" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1816
avatar

Oxşar yazılar