Rusiyada hərbi vertolyot 15 metrdən yerə çırpıldı: ölənlər var
26 may 2020 09:12 (UTC +04:00)

Rusiyada hərbi vertolyot 15 metrdən yerə çırpıldı: ölənlər var

 

Rusiyanın Çukotka muxtar dairəsində “Mi-8” hərbi vertolyotunun sərt enişi zamanı 4 nəfər həlak olub.

APA TASS-a istinadən xəbər verir ki, hadisə Anadırada yerləşən Kömür Mədənləri hava limanında baş verib.

Çukotka rəsmi dairələrindən bildirilib ki, ilkin məlumata görə, vertolyotun qəzaya uğramasına texniki problemlər səbəb olub.

Vertolyotun 15 metr hündürlükdən yerə çırpıldığı bildirilib. 

# 2245
avatar

Oxşar yazılar