2250
19:19
22 May 2020

Villaş-Boaşı heç vaxt bağışlamayacam – Lukaku

Milanın “İnter” klubunun və Belçika millisinin hücumçusu Romela Lukaku onu Çempionlar liqasının 2011/12 mövsümündə final oyununda heyətə almayan Andre Villaş-Boaşı heç vaxt bağışlamayacağını bəyan edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Lukakunun sözlərinə görə, Çempionlar liqasında qalib olmaq və bu qələbəni komanda ilə birlikdə bayram etməyi arzulayıb.

“”Çelsi” Çempionlar liqasının kubokunu aldığına görə şadam. Ancaq bu mənim mükafatım deyildi, ona görə ki, həmin oyunda iştirak etməmişəm. Mən heç vaxt Andre Villaş-Boaşı heyətə almadığı üçün bağışlamayacağam” - Lukaku vurğulayıb.

Xatırladaq ki, Romela Lukaku "Çelsi”də 2011-2014-cü illərdə çıxış edib.

Dİgər xəbərlər