Ağır xəstəlikdən sağalan futbolçu ilə bağlı YENİ QƏRAR
21 may 2020 10:13 (UTC +04:00)

Ağır xəstəlikdən sağalan futbolçu ilə bağlı YENİ QƏRAR

“Mançester Yunayted” futbolçusu Maks Teylorla yeni müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, “mankunianlar” 20 yaşlı müdafiəçinin sözləşmə müddətini daha bir il uzadıb.

Mərkəz müdafiəçisi yeni sazişin ardından gələn ilin yayına qədər Premyer Liqa klubuna məxsus olacaq. Teylor hazırda “mankunianlar”ın əvəzedici komandasında çıxış edir.

Qeyd edək ki, Maks Teylora 2018-ci ildə xərçəng xəstəliyi diaqnozu qoyulub. Gənc müdafiəçi müalicənin ardından bu xəstəliyə qalib gəlib.

# 2563
avatar

Oxşar yazılar