Ən yaxşı qadın futbolçu ABŞ prezidenti olmaq niyyətindədir
20 may 2020 19:35 (UTC +04:00)

Ən yaxşı qadın futbolçu ABŞ prezidenti olmaq niyyətindədir

ABŞ-ın qadın futbol millisinin lideri Meqan Rapino  prezident Donald Trampı tənqid edib və dövlət başçısı postuna namizədliyini irəli sürmək niyyətini açıqlayıb. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, onun fikrincə, Tramp “ağ millətçidir” və miqrantlara çox pis münasibətdədir, onlara qarşı nifrət hissi yaradır. 

“Mən ABş-ın prezidenti ona görə olmaq istəçirəm ki, ən ağıllıyam, yaxud bu vəzifə üçün ən yaxşısıyam, ona görə olmaq istəyirəm ki, ölkədəki problemləri həll edin”, - Rapino söyləyib. 

Meqan Rapino bundan əvvəl Donald Trampın rəqibi, Demokratpar Partiyasının təmsilçisi Co Baydeni noyabr ayında keçiriləcək seçkilərdə dəstəkləyəcəyini bəyan etmişdi. 

Xatırladaq ki, Rapino 2019-cu ildə The Best FIFA Football Awardsın mükafatına və “Qızıl top”a layiq görülüb, ilin ən yaxşı qadın futbolçusu kimi tanınıb.

# 2878
avatar

Oxşar yazılar