3133
19:10
19 May 2020

Yaxşı gün keçirməyin 7 asan yolu

Bütün zamanınızı hər kəsi xoşbəxt etmək üçün mübarizə apararaq keçirə bilməzsiniz. Ancaq bir neçə sadə üsulla ümumi rifah yarada bilərsiniz. Ətrafınızdakı hər kəsi xoşbəxt görməyi sevən insanlardansınız? İnsanları əylənən görəndə siz də əylənirsinizmi?

O zaman diqqətiniz bizdə olsun.

Lent.az sizə özünüzün və eyni zamanda ətrafınızdakıların gününün yaxşı keçməsi üçün lazım olan 7 qızıl qaydanı təqdim edir.

1. Başqa insanlarla birlikdə olarkən özünüzü yaxşı hiss edin

Birinin gününün yaxşı keçirməsinə səbəb olmaq istəyirsinizsə, bacardığınız qədər onun yanında yaxşı olun. Bu, sevdiyiniz, tanıdığınız və ya tamamilə yad biri ola bilər. Bir şey etmək və ya danışmaq lazım deyil. Sadəcə, yaxşılıq etmək istəyinizdən vaz keçməyin. Həmin insanın gününü necə asanlıqla dəyişdirə biləcəyinizi görəcəksiniz.

2. İnsanların səni sevdiyini düşün

Heç tanımadığınız insanların arasına sizi sevdiklərini düşünərək girsəydiniz, necə olardı? Davranışınız necə dəyişərdi? İnsanlara necə baxardınız?

İndi bunu sevdiyiniz insan üçün düşünün. Əmin olun ki, bununla həm onu rahatlatacaq, həm də istədiyiniz hüzura qovuşacaqsınız. Etməli olduğunuz tək şey, tanımadığınız insanların sizi sevməməsi üçün bir səbəbin olmamasına inanmaqdır. Bundan sonra hər şey öz qaydasında olacaq.

3. Başqalarına görə narahat olmayın

Sevmək və narahat olmaq eyni şey deyil. Təsəvvür edin ki, kimsə sizin üçün narahat olur. Sizə olan təzyiqi bir az daha artırmaqdan başqa nə edir? Ailəniz, yalnız ailəniz olduğuna görə, sizin üçün narahat olmağa cavabdeh olduğunu söylədikdə nə hiss edirsiniz? Əgər sevdiyiniz insanların özlərini yaxşı hiss etmələrini istəyirsinizsə, üstlərinə getməyin.

4. İnsanlara sizə güvənməməyi məsləhət görün

Tanıdığınız və ya yeni tanış olduğunuz insanlara sizə kor-koranə inanmadıqlarını deyin. Bu, "Mən səhvləri olan bir insanam" deməkdir. Əgər qarşınızdakı özündən əvvəl sizə inanarsa, bu zaman aranızdakı əlaqə pozulacaq və ünsiyyət qurmaq çətinləşəcək. Hislərinizə inanın. Özünüzü yaxşı hiss etmirsiniz? Başqalarına da eyni şeyi hiss etdirmək sizin ixtiyarınızdadır.

5. İnsanlara kömək edin

Ətrafınızda olan insanlardan birinə lazım olan işlərində kömək etməklə onun gününün yaxşı keçməsində rolunuz ola bilər. Başqasına kömək edəndə, əslində özünüzə kömək etdiyinizi görəcəksiniz. Sizdən kömək istəmələrini gözləməyin və hərəkətə keçin.

6. Yaxşı qeybətlər edin

Getdiyin hər hansı bir məkanda siz gəlməzdən öncə haqqınızda xoş sözlərdən ibarət qeybətin edilməsi necə olardı, heç düşünmüsünüz? Bu gün kiminsə həyatını asanlaşdırmaq üçün siz də belə bir şey edə bilərsiniz? Məsələn, tanışlarınızdan biri haqqında müsbət fikirlərinizi yazdığınız fikri başqa bir tanışınıza göndərin. Yaxud, uşaqlarınız haqqında onlardan “xəbərsiz” xoş sözlər danışın.

7. Birinin olduğu yerdən uzaqlaşmasına kömək edin

Kimsə bir müddət işdən və ya məktəbdən qaçmaq istəyirsə, bunun onun həyatında etdiyi yaxşı bir hərəkət olduğundan əmin olun. Məsələn, həmişə birlikdə etmək istədiyiniz, ancaq təxirə saldığınız həmin işi həyata keçirmək üçün ən yaxşı vaxtı olduğuna inandırın. Bunu məsləhət kimi yox, təklif kimi edin. Ancaq hər şeydən əvvəl rahat olun. Rahatlığınız onu yüngülləşdirəcək və gününüzü daha yaxşı keçirməyinizə kömək edəcək.

Lamiyə Məmmədova