"10 il öncə dəlixanada yatmışam" - Azərbaycanlı müğənni efirdə AĞLADI
18 may 2020 14:08 (UTC +04:00)

"10 il öncə dəlixanada yatmışam" - Azərbaycanlı müğənni efirdə AĞLADI

"10 il bundan əvvəl elə hala düşdüm ki, dəlixanada yatdım. Ağzımı, əlimi bağlamışdılar, gözüm kor olmuşdu".

Lent.az-ın məlumatına görə, bu sözləri “Ay Zaur” verilişində müğənni Kərim Abbasov deyib. O, yaşadığı çətin günlərdən söz açaraq, göz yaşlarına hakim ola bilməyib:

 "Həyatım çox çətin olub. Gülürsən ki, kimsə səni ağlayan görməsin. Ortancıl qardaşım 23 yaşında öldü. Avtomobil qəzası idi, "KamAz"ın altına girdi. Maşındakı 4 nəfər ölmüşdü. 2006-cı ildə oldu. Atam onda sağ idi. Bir gecəyə saçları ağardı. Atam bir il əvvəl rəhmətə getdi. İnfarkt keçirmişdi, ürəyinin yarısı paralanmışdı. Ölümünə yaxın da ürəyini müalicə etdirirdik. Elə bilirdik ürəyindəndir. Amma sən demə, böyrəkləri işləmirmiş. Dərdim çoxdur. Amma niyə bildirim ki? Kimə maraqlıdır mənim dərdim?

Sevgi, nəvaziş görmədim. Allah da məni müğənni etdi və xalqın sevgisini verdi".

# 8734
avatar

Yalçın UĞUR

Oxşar yazılar