19:48
16 May 2020

Bundesliqa başladı: darmadağın, sensasiya...

Koronavirus üzündən dayandırılmış Almaniya Bundesliqası bərpa olunub.

Apasport.az saytının məlumatına görə, çempionatı dayanmayan Belarusu nəzərə almasaq, yaşıl meydanlara qayıdan ilk ölkə olan Almaniyada XXVI tur başlayıb.

İlk oyun günündə 6 qarşılaşma nəzərdə tutulub. Bunlardan beşi artıq başa çatıb.

Fasilədən sonra ilk qolu Dortmund “Borussiya”sının ulduzu Erlinq Holand vurub. Onun komandası “Şalke”ni darmadağın edib. “Herta” isə səfərdə “Hoffenhaym”ı böyük hesabla yenib.

Günün sensasiyası Leypsiqdə qeydə alınıb. Şəhərin eyniadlı komandası “Frayburq”la matçda xal itirib.

Qeyd edək ki, tura mayın 18-də yekun vurulacaq.

Almaniya Bundesliqası
XXVI tur
16 may
17:30. "Auqsburq" - "Volfsburq" – 1:2

Yedvay, 54 – Steffen, 43, Qinzek, 90
17:30. "Borussiya" D - "Şalke" – 4:0
Holand, 29, Qerreyro, 45, 63, Azar, 49
17:30. "Fortuna" - "Paderborn" – 0:0
17:30. "Hoffenhaym" - "Herta" – 0:3
Akpoquma, 58 (avtoqol), İbişeviç, 60, Kunya 74
17:30. "Leypsiq" - "Frayburq" – 1:1
Poulsen, 76 - Qulde, 34

Dİgər xəbərlər