İdman zallarına getmək təhlükəlidir? – Cavab maraqlı oldu
17 may 2020 15:37 (UTC +04:00)

İdman zallarına getmək təhlükəlidir? – Cavab maraqlı oldu

Daima formada olmaq, sağlam həyat tərzi keçirmək üçün idmanla məşğul olmaq vacib şərtlərdəndir. Amma karantin zamanı idman zalları bağlı olduğundan, bir çoxları ev şəraitində idmanla məşğuldurlar.

Onlardan biri də müğənni Sevil və Sevinc bacılarıdır. Lent.az ifaçılardan formada qalmaqlarının sirrini öyrənib:

“Karantin zamanı 10 kilo kökəlmişdim, 60 kq olmuşdum. Seva isə hər zaman olduğu kimi 48 kq qalmışdı. Sirri çox sadədir. Sağlam qidalanırıq. Hamı məndən soruşur ki necə arıqlamısan, 15 gün ərzində bu çəkini atmaq mümkün deyil! Amma çox rahat şəkildə, internetdə sağlam qidalanma ilə maraqlanın, internet çox yaxşı vasitəçidir. Ən əsası isə biz aldığımız əksər məhsulları diabet şöbəsindən alırıq. Demək olar ki bütün marketlərdə şəkərli diabet xəstələri üçün xüsusi şöbə var”.

Bacılar hər səhər ev şəraitində 5-10 dəqiqə idman hərəkətləri etməyi və soyuq su içməyi də tövsiyə edirlər.

Lent.az mövzuyla bağlı fizioterapevt Səidə Kərimovanın fikirlərini öyrəndi. Səidə xanım bildirdi ki pandemiya dövründə ən çox immunitetə diqqət yetirilməlidir. Bədəni “tonus”da saxlamaq üçün xüsusi avadanlığa ehtiyac yoxdur. Stabillik, dözümlülük və balans hərəkətləri etsəniz özünüzü rahat hiss etməyə başlayacaqsız:

“Bizdə zallara daha çox fit forma üçün gedilir. Amma hər fit bədəndə əzələ, balans və dözümlülük olmur”

Mütəxəssisin sözlərinə görə zallar açılsa belə hazırkı epidemioloji vəziyyət nəzərə alınaraq fəaliyyət göstəriləcək.

 Fizioterapevt  Sənan Cəfərov da həmkarı ilə eyni fikirdədir. O da karantin bitdikdən sonra zallara getməkdə təhlükə görmür:

“Operativ qərargah açıqlama versə ki, idman zallarının fəaliyyəti davam etsin, bu halda heç bir problem yoxdur. Bütün hallarda gigiyena qaydalarına əməl etməliyik. Virusa qarşı yaşlı nəsil daha çox diqqətli olmalıdır. Düşünürəm ki idman zalları təmizliyə daha çox diqqət yetirəcək.”

 Qeyd edək ki, mart ayından bu yana koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə ölkəmizdə bir sıra müəssisələrin fəaliyyətinə məhdudiyyətlər qoyulub.

Banu

# 7645
avatar

Oxşar yazılar