08:24
14 May 2020

"Qazandıqlarımızı təhlükəyə atmayaq" - Merkeldən COVID-19 ÇAĞIRIŞI


Almaniyanın Kansleri Angela Merkel vətəndaşlara müraciət edərək, onları bu günədək ölkədə koronavirusla mübarizə çərçivəsində yoluxmanın azaldılması istiqamətində əldə edilən nəticələri təhlükə altında qoymamağa çağırıb.

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, ölkə lideri bu barədə çərşənbə günü

Bundestaqın aşağı palatasında çıxışı zamanı bildirib.

O əlavə edib ki, pandemiya hələ bir müddət davam edəcək: " Gəlin, koronavirusla mübarizə çərçivəsində qazandıqlarımızı təhlükəyə atmayaq. Tətbiq edilən qaydalara əməl etməsək, arxada qalan məhdudiyyətlərə qayıtmaq məcburiyyətində qalacağıq”.

Dİgər xəbərlər