1692
20:16
11 May 2020

ABŞ-da minlərlə hərbçi və ailə üzvlərində koronavirus aşkarlandı

ABŞ Silahlı Qüvvələrində xidmət edən 8046 hərbi qulluqçu, mülki işçi və onların ailə üzvlərində koronavirus aşkar edilib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, onlardan 267 nəfəri xəstəxanaya yerləşdirilib, 27 nəfəri ölüb, 3464 nəfər artıq sağalıb.

Xatırladaq ki, Cons Hopkins Universitetinin bu gün səhər saatlarına olan məlumatına görə, ABŞ-da hazırda 1,3 milyondan çox koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Onlardan 80 mini dünyasını dəyişib.