"Məşədi İbad"ın Gülnazı dünyasını dəyişdi
08 may 2020 16:14 (UTC +04:00)

"Məşədi İbad"ın Gülnazı dünyasını dəyişdi

Azərbaycanlı aktrisa Tamara Gözəlova-Ağamirova dünyasını dəyişib. Lent.az xəbər verir ki, bu gün 80 yaşında dünyasını dəyişən əməkdar incəsənət xadimi uzun illər Azərbaycan televiziyasının diktoru olub. Geniş tamaşaçı kütləsi isə onu əsasən  “O olmasın, bu olsun” filmindən Gülnaz rolu ilə tanıyır. 

Tamara Gözəlova-Ağamirova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1965-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb.

Bir oğlu var.

# 7767
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar