4743
15:34
04 May 2020

Az ərzaqla tez hazırlanan və ləzzətli yemək: Usta öz sirlərini açır

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Vefa Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla cəmi bir neçə ərzaqla hazırlanan yeməkdən bəhs edəcəyik.

Bu yeməyin hazırlanması üçün lazım olan ərzaqlar:

1 ədəd iri kartof

2 ədəd yumurta

Duz

Qara istiot

Pul bibər

Zövqə görə göyərti

Bir az kərə yağı

Əvvəlcə kartof sürtgəcdən keçirilir, göyərti xırda doğranır. Yumurta, duz, istiot, pul bibər əlavə olunduqdan sonra hamısı qarışdırılır. Yağ tavada əridilir, qarışıq tavaya tökülür. Yeməyin bir üzü qızardıqdan sonra, digər üzünə çevrilir və qızardılır.

Beləliklə, iftarda və imsakda da yeyə biləcəyiniz ləzzətli yemək hazırdır.

Nuş olsun!