03:28
04 May 2020

Braziliyada koronavirusa yoluxanların sayı 100 mini keçdi

Braziliyada koronavirus infeksiyasına yoluxanların sayı 100 mini keçib, 7000-dən çox insan ölüb.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin son hesabatında bildirilib.

Qeyd edilib ki, son 24 saat ərzində 4588 yeni infeksiya yoluxma aşkar edilib. Ölkə üzrə yoluxanların ümumi sayı 101147 nəfərə çatıb. Ölənlərin sayı isə son sutkada 275 nəfər artaraq 7025-ə yüksəlib.

Dİgər xəbərlər