10:56
02 May 2020

Pandemiya bu məşhurlara baha başa gəldi: milyonluq itki

Rusiya nəşrlərindən biri pandemiya dövründə tədbirlərin ləğv edilməsi səbəbindən ulduzların nə qədər pul itirdiyini hesablayıb.

Lent.az axşam.az-a istinadən xəbər verir ki, Svetlana Loboda, Stas Mixaylov, Sergey Lazerev kimi məşhur müğənnilərin təşkilatçısı konsertlərin əvvəlcədən planlaşdırıldığına görə onlara xeyli miqdarda maddi zərərin dəydiyini açıqlayıb.

Ən çox ziyan müğənni Filipp Kirkorova dəyib. O, 50 milyon rubl (təxminən 1 milyon 140 min manat) itirib.

Ukraynalı cazibədar ulduz Ani Lorak 16 milyon rubl (təxminən 364 min 800 manat), Svetlana Loboda isə 12 milyon rubl (təxminən 273 min 600 manat) zərərlə qarşılaşıb.

Dİgər xəbərlər