11:09
01 May 2020

Qalmaqalla gündəmə gələnləri ələ saldı - VİDEO

Əməkdar artist Cavan Zeynallı qalmaqalla gündəmə gələn müğənnilər barədə danışıb.

Lent.az -ın məlumatına görə, müğənni “Show news” verilişində deyib:

“Özümə deyirəm ki, heç kimə fikir vermə. İndi səsi olan da, olmayan da oxuyur. Amma indi əsas qalmaqaldır. Qalmaqalla da tanınanlar var. Uşaqlara hər zaman deyirəm ki, səsinizlə tanının, qalmaqalla yox. İndi elə bil mən tək qalmışam. Hamısı da bayağı mahnılar oxuyur. Ancaq toy üçün oxumaq lazım deyil. Gərək təzə ali məktəb açılsın ki, toy müğənniləri yetişdirsinlər”.

Dİgər xəbərlər