Burak Yılmaz Çin xalqından üzr istədi
28 aprel 2020 19:40 (UTC +04:00)

Burak Yılmaz Çin xalqından üzr istədi

Çinin yemək mədəniyyətini tənqid edən “Beşiktaş”ın futbolçusu Burak Yılmaz bu ölkənin insanlarından üzr istəyib.

Lent.az qol.az-a istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü Çin mətbuatında haqqında tirajlanan çoxsaylı yazılardan sonra sosial şəbəkə hesabında üzrxahlıq edib: 

“İki ilə yaxın oynadığım Çində çox yaxşı qarşılandım. Yedikləri yeməklərin mədəniyyətlərindən gələn vərdiş olduğunu, bunun onlar üçün normal qəbul olunduğunu demişəm. Bu səbəbdən, digər ölkələrə nisbətən xəstəliyin yaranma ehtimalını dilə gətirdim. İstəmədən də olsa, qəlblərinə toxunduğum üçün Çin xalqından, dostlarımdan üzr istəyirəm".

2016/2017 mövsümündə Çinin "Beytszin Qoan" klubunda çıxış edən Burak bir neçə gün əvvəl İnstaqram səhifəsində Çin mətbəxi haqda "Orada xüsusi restoranlar var.  Elə yeməklər verirlər ki, it əti ondan yaxşıdır. Çinlilər də belə xalqdır. Bu, onların mədəniyyətidir"  yazmışdı.

# 1892
avatar

Oxşar yazılar