1830
13:32
25 Aprel 2020

Şeron Stoun insulta gözəlliyi ilə qalib gəldi

Dünyaca tanınmış aktrisa Şeron Stounun 62 yaşı var. Bir vaxtlar milyonları öz zahiri görünüşü ilə heyran edən aktrisa bu gün öz görkəmindən razı deyil.

Lent.az Rusiya mətbuatına istinadla xəbər verir ki, aktrisa 40 yaşında keçirdiyi qəfil insultun fəsadlarını yaşayır.

Düzdür, “Əsas instikt” filmindən sonra ulduz olan aktrisa hələ də filmlərə çəkilir, moda jurnallarının ön səhifəsində çıxır. Bunların ona asan başa gəlmədiyini deyir: “Keçid yaşımda, hiss edəndə ki, qocalıram dərin depressiyaya düşdüm, içkiyə qurşandım. Nəticədə səhhətimdə problemlər baş qaldırdı, insult oldum. Gözlərimdə, ayaqlarımda problem yarandı, Yaddaşımı itirdim. Dostlar məni kinoya dəvət etmədilər.”

Aktrisa tez bir zamanda özünü toparlayaraq, ayaqda qalmaq üçün mücadiləyə başladığını deyib: “İndi sağlam qidalanıram, idmanla məşğul oluram. Gəncliyimdə mənə kişi fiqurlu deyənlər artıq məkrli fikirlərini beynimə yeridə bilməzlər. Mən həm kişi qamətliyəm, həm də cəlbedici, bu onların xoşuna gəlmir”.

Şeron Stoun indi keçdiyi həyat yolu barədə, öz təcrübəsindən başqalarına da məsləhət verir.