Şəhriyar haqqında kitab çıxıb
23 aprel 2020 18:10 (UTC +04:00)

Şəhriyar haqqında kitab çıxıb

“Hədəf” nəşriyyatında "Xatirə ədəbiyyatı" silsiləsindən növbəti kitab - "Məhəmmədhüseyn Şəhriyar xatirələrdə" çapdan çıxıb.

Lent.az  xəbər verir ki, kitabın tərtibçisi və “Ön söz” müəllifi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Esmira Fuad, layihənin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, redaktoru Səbuhi Şahmursoydur.

Kitab böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar haqqında xatirələrdən ibarətdir. Toplunun əvvəlində şairin öz xatirələri də yer alıb. Əlavə olaraq şairin qızı, qardaşı, dostları, müxtəlif sənət və ədəbiyyat adamlarının da yazıları kitaba salınıb. Bu xatirələrdə Şəhriyarın uşaqlığından tutmuş ahıl yaşlarına qədər başına gəlmiş hadisələrdən bəhs edilir. Böyük söz ustadının ömrünün son saatları və ölümü də anbaan şahidlərin xatirələrindən oxuculara anladılır.

“Şəhriyar xatirələrdə” kitabı Şəhriyarşünaslıqla maraqlananlar, ümumilikdəsə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

# 2110
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar