Daha bir avtokonsern ixtisarlara   bağşlayır
07 sentyabr 2026 01:10 (UTC +04:00)

Daha bir avtokonsern ixtisarlara bağşlayır

0

Britaniyanın avtomobil istehsalçısı “Jaguar Land Rover” (JLR) xərcləri azaltmaq üçün iki il ərzində 4 minə qədər iş yerini ixtisar etməyi planlaşdırır.

Lent.az xəbər verir ki, şirkət artıq maaşlı əməkdaşlar və menecerlər üçün könüllü ixtisar proqramına başlayıb. JLR hələ dəqiq ixtisar sayını təsdiqləməyib.

Şirkət iki il ərzində 1,7 milyard funt-sterlinq qənaət etməyi hədəfləyir. Qərarın əsas səbəbləri avtomobil satışlarının zəifləməsi, ABŞ tarifləri və Çin avtomobil markalarının artan rəqabətidir. JLR-nin Böyük Britaniyada təxminən 30 min əməkdaşı var.

Şirkət xərcləri azaltmaqla yanaşı, elektrikli avtomobillər üzrə strategiyasını davam etdirir. JLR bu yaxınlarda tam elektrikli “Range Rover” modelini təqdim edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 158

Oxşar yazılar