Dünyanın ən gənc baş naziri karantində
23 aprel 2020 17:52 (UTC +04:00)

Dünyanın ən gənc baş naziri karantində

Finlandiyanın baş naziri Sanna Marin rəsmi iqamətgahında çalışan bir nəfərdə koronavirus aşkarlanmasından sonra onun yaxın təmasda olması səbəbindən özünü karantin altına alıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Marinin test edildiyi və hər hansı bir COVID-19 əlaməti aşkarlanmadığı məlum olub. 

34 yaşlı Marin ötən ilin dekabr ayında dünyanın ən gənc baş naziri kimi fəaliyyətə başlayanda bütün dünyanın diqqətini çəkmişdi. 

# 2149
avatar

Oxşar yazılar