07:42
21 Aprel 2020

"Oktoberfest" pivə festivalı da təxirə salındı

Almaniyanın Münhen şəhərində payızda ənənəvi olaraq reallaşan “Oktoberfest” pivə festivalı 2020-ci ildə koronavirusun pandemiyası səbəbindən ləğv edilib.

Lent.az xəbər verir ki, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, festivalın ləğvi barədə rəsmi olaraq Bavariyanın Baş Naziri Markus Zeder və Münhen meri Diter Rayter tərəfindən təşkil edilən mətbuat konfransında elan ediləcək.

Dİgər xəbərlər