413
20:22
19 Aprel 2020

Türkiyədə koronavirusdan ölənlərin sayı 2 mini ötdü


Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 127 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" hesabında bildirib.

Nazir yazıb ki, son 24 saatda 35344 nəfər şübhəli müayinə olunub, test nəticələrinə görə, onlardan 3977-i koronavirus infeksiyasına yoluxub.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 2017 nəfər ölüb, 86306 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1922 nəfəri reanimasiyadadır, 11976 nəfərin isə müalicəsi müsbət nəticə verib.

Müalicə olunan 1523 xəstə bu gün evə buraxılıb.

Türkiyədə indiyə qədər ümumilikdə 634277 nəfər testdən keçib.