349
11:54
18 Aprel 2020

Rusiyada son sutkada 40 nəfər öldü


Rusiyada son sutka ərzində daha 4785 nəfər koronavirusa yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19-a yoluxanların sayı 36 793 nəfərə çatıb.

Son sutka ərzində 40 nəfərin öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 313-ə çatıb. Sağalanların sayı isə 3057 nəfərdir.