2465
18:52
16 Aprel 2020

Maykl Cekson niyə həmişə maska taxırdı?

Dünya ulduzu Maykl Cekson həmişə maskadan istifadə edərdi.

Lent.az xəbər verir ki, onun niyə həmişə maskada gəzməsi ilə bağlı pərəstişkarları və jurnalistlər müxtəlif versiyalar irəli sürürdü. Kimisi deyirdi, saysız plastik əməliyyatlardan sonra əcaib hala düşən simasını gizlədir. Kimisi deyirdi, dərisi həssas olduğundan virus qapmağından ehtiyatlanır və sair.

Nəhayət, bu yaxınlarda Maykl Ceksonun keçmiş cangüdəni Met Fides həqiqəti danışıb. İş orasındadır ki, ulduz bu aksesuardan, sadəcə piar məqsədi ilə istifadə edirmiş: “Maykl mətbuatda manupulyasiya etməyin ustası idi. Maska taxmaqla jurnalistlərin, mətbuatın və onların vasitəsi ilə pərəstişkarlarının diqqətini özünə cəm edəcəyini bilirdi. Onun maskası, dolayısı ilə özü məşhur jurnallarda, qəzetlərdə müzakirə obyekti olurdu, versiyalar yayılırdı və Cekson, sadəcə özünün gündəmdə görməkdən zövq alırdı”.