
170 minədək icazə ləğv edildi - RƏSMİ
“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların növbəti dəfə təhlili zamanı müəyyən edilib ki, bəzi hüquqi və fiziki şəxslər öncə 8, sonra isə 11 aprel tarixində edilmiş xəbərdarlıqlardan nəticə çıxararaq əsassız və lüzumsuz olan icazələri icaze.e-gov.az portalından silib.
Bu barədə Lent.az-a məlumat Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilib. Eyni zamanda geri qaytarılan icazələrdə heç bir redaktə aparmayan, əmək müqaviləsi olmayan, icazələri xidməti müqavilə olaraq sistemdə təsdiq etməyən təşkilatların icazələri ilə birlikdə isə, ümumilikdə 170000-dək icazə avtomatik rejimdə ləğv olunub.
Hüquqi və fiziki şəxslər tərəfindən qeydə alınmış şəxslərə tövsiyə olunur ki, olduqları yeri tərk etməmişdən öncə onlar üçün müraciət edən qurumdan icazəsinin icaze.e-gov.az portalında aktivliyini dəqiqləşdirsinlər.
Ötən müddət ərzində portal daha da təkmilləşdirilib, istifadəçilər üçün yeni funksional imkanlar yaradılıb, fiziki və hüquqi şəxslərə sistemə yerləşdirdikləri şəxslərlə olan hüquqi münasibətlərinin (əmək və xidmət müqaviləsi) konkret qeydiyyatını aparmağa şərait yaradılıb.
Əməkdaşlar üçün icazənin alınması ilə bağlı 48 332 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 692 187 icazə qeydiyyata alınıb və hazırda həmin icazələr aktivdir.
Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün isə SMS-lə 8103 qısa nömrəsinə 11 milyon 316 min SMS göndərilib ki, bunlardan da təqribən 3 milyon 668 mini, yəni 32 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 97 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.

Aygün İbrahimli
Oxşar yazılar

2 saylı istintaq təcridxanasına baş çəkildi - XƏBƏRDARLIQ ETMƏDƏN
22 yanvar 2021 , 23:16
Direktorun işdən çıxarılma səbəbi açıqlandı
22 yanvar 2021 , 20:39
"Bu, yeni dalğanın əmələ gəlməsinə səbəb olacaq" - Azərbaycanlı alim
22 yanvar 2021 , 19:23
AMEA-nın daha bir institut direktoru işdən çıxarıldı
22 yanvar 2021 , 19:15
Sosial şəbəkələrdə MƏKTƏB SÖHBƏTLƏRİ - İnsanlar nə düşünür?
22 yanvar 2021 , 19:05
Koronavirus statistikası: 280 nəfər yoluxdu, 632 nəfər sağaldı, 11 nəfər öldü
22 yanvar 2021 , 18:31
Yaqub Mahmudov direktor vəzifəsindən çıxarıldı
22 yanvar 2021 , 18:27
Rayonda natəmiz şəraitdə ət məhsulları istehsal edən sex aşkarlandı
22 yanvar 2021 , 18:16