14:12
13 Aprel 2020

® Unibank sahibkarları xidmət haqqından azad etdi

Unibank xüsusi karantin rejimində biznes müştərilərinə daha bir güzəşt təqdim edib. Bankın partnyorları olan sahibkarlar iki ay müddətinə POS-terminalara görə xidmət haqqı ödəməyəcək. Mart və aprel ayları üçün nəzərdə tutulan güzəştlər, 400-dən çox sahibkarı əhatə edəcək. Bununla da “Unibank”dan POS-terminal əldə edən sahibkarlar, dövriyyələrindən asılı olaraq ödədikləri aylıq xidmət haqqından azad olunurlar. Hazırda “Unibank”a məxsus POS-terminalların sayı 1500-dən çoxdur.

Bundan başqa Unibank iki ay müddətində onlayn ticarətə (eCommerce) qoşulmanı da ödənişsiz edib. Onlayn ticarətin əhəmiyyətinin artdığı bir zamanda öz satışını artrmaq isəyən, ticarətini böyütmək istəyən hər kəs bu müddət ərzində eCommerce xidmətlərinə pulsuz qoşulacaq.

Qeyd edək ki, Unibank bu günlərdə ölkədə “Elektron ticarət üzrə ödənişlərin qəbulunda lider bank” nominasiyasının qalibi seçilib. Nominasiya Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən təqdim olunub.

Unibank-hər kəsin bankı!

Dİgər xəbərlər