672
12:04
13 Aprel 2020

“Evdə qal-qalib gəl!” layihəsində daha bir virtual sərgi

Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal-qalib gəl!” layihəsi çərçivəsində “Rəssamın evi” adlı virtual sərgi təqdim edəcək.

Lent.az xəbər verir ki, qalereya sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir.

Sərgi müxtəlif texnikada, rəssamların yaradıcı mühitinin təsvirini əhatə edən mövzularda Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərlərdən ibarət olacaqdır.

Sərgi bu gün saat 18.00-da təqdim ediləcək. Virtual sərgini qalereyanın sosial media hesablarından izləmək mümkündür.