13:33
11 Aprel 2020

Problemli kreditlərlə bağlı YENİ XƏBƏR- CƏDVƏL

Cari il 1 mart tarixinə əsasən, Azərbaycanın bank sektorunda problemli kreditlərin 85,1%-i və ya 1 053,2 mln, manatı Bakı şəhərində cəmləşib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu il martın 1-nə bank sektorunun cəmi kredit qoyuluşu 15 299,1 mln. manat təşkil edib ki, bunun da 1 237,5 mln. manatını vaxtı keçmiş kreditlər əhatə edib.

Vaxtı keçmiş kreditlərin regionlar üzrə bölgüsünə gəlincə, ilk üçlükdə Abşeron, Aran və Gəncə-Qazax iqtisadi rayonları yer alıb.

Bank sektorunun regionlar üzrə kredit qoyuluşunda vaxtı keçmiş kreditlərin həcmi:

Regionlar

Vaxtı keçmiş kreditlər,

mln. AZN

(01.03.2020)

Vaxtı keçmiş kreditlər,

mln. AZN

(01.02.2020)

1

Abşeron iqtisadi rayonu

44.1

44.0

2

Aran iqtisadi rayonu

42.8

43.1

3

Gəncə-Qazax iqtisadi rayonu

42.0

43.0

4

Lənkəran iqtisadi rayonu

21.9

22.0

5

Şəki-Zaqatala iqtisadi rayonu

12.2

12.2

6

Quba-Xaçmaz iqtisadi rayonu

8.8

9.0

7

Naxçıvan iqtisadi rayonu

5.9

5.7

8

Dağlıq Şirvan iqtisadi rayonu

4.9

5.0

9

Yuxarı Qarabağ iqtisadi rayonu

1.8

1.9

Dİgər xəbərlər